12 Fevral 2015 16:19
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki qardaşı bıçaqlamaqda təqsirli bilinən Nazim Mirzəəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəzər rayonu, “Atçılıq” yaşayış sahəsində Elşən Orucov və Samir Orucov qardaşları bıçaqlanıb. Qardaşlar ağır yaralı halda xəstəxanaya yerləşdirilib. Elşən Orucovun aldığı xəsarət ağır olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Digər qardaş Samir Orucova tibbi yardım göstərilib.

Araşdırmalar zamanı qardaşların Nazim Mirzəəlizadə tərəfindən bıçaqlandığı məlum olub. Polisin keçirdiyi əməliyyat zamanı Nazim Mirzəlizadə saxlanılıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Nazim Mirzəəlizadə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: