14 Fevral 2015 08:30
390

Ələtdə tank əleyhinə mina tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində partlayıcı qurğu olduğu ehtimal edilən şübhəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nəticədə qeyd olunan ərazidə 1 ədəd TM-62 markalı mina aşkar edilərək zərərsizləşdirilib.


Müəllif: