14 Fevral 2015 11:17
771

Bakıda qətl hadisəsi baş verib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, bu barədə Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. Buzovna qəsəbəsində, “Əli Ayağı” ziyarətgahına gedən yolda şəxsiyyəti məlum olmayan 30-35 yaşlı qadının meyiti tapılıb. Meyitə ilkin baxış zamanı qadının bıçaqlanaraq öldürüldüyü məlum olub.

Hazırda polis öldürülən qadının şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparır.


Müəllif: