14 Fevral 2015 23:09
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə fevralın 14-də saat 20 radələrində şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Xəqani İsgəndərov idarə etdiyi “Volksvagen Toureq“ markalı avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən təxminən 40-45 yaşlar arasında olan kişini vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin kimliyi hələ ki, məlum deyil.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Müəllif: