15 Fevral 2015 11:13
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 360 kv.m olan 4 boksdan ibarət avtomobil təmiri sexində yanğın olub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sexin damının taxta konstruksiyadan ibarət atmaları 300 kv.m sahədə, içərisində təmirə dayanmış 2 ədəd "NİSSAN" markalı avtoqaldırıcı yanıb. Sexin qalan hissəsi, sexin içərisində əmirə dayanmış “KAMAZ” markalı yük avtomobili və sexə bitişik anbarlar yanğından mühafizə olunub.

Yanğın saat 23:15 də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: