16 Fevral 2015 12:33
544

Bakının Xəzər rayonunda qətl hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Buzovna qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Xatirə Rzayevaya çoxsaylı bıçaq zərbələri vurulub. Xatirə Rzayeva xəsarətlə xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: