17 Fevral 2015 02:40
329

Bakıda axşam saatlarında iki yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin mətbəxində qaz balonu və 1 ədəd paltaryuyan maşın yanıb, yüksək temperaturdan mətbəx mebeli və lambirdən ibarət tavan 4 kv.m sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yasamal rayonunda isə “Mercedes” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: