17 Fevral 2015 13:48
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı Mahboubalı Taghavının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 23,108 qram olan narkotik vasitə - tiryək, 1 ədəd bükümdə isə xalis çəkisi 3,113 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.

Bundan başqa, M.Taghavının hərəkətləri şübhə yaratdığı üçün onun üzərində şəxsi yoxlama davam etdirilib və nəticədə, İran vətəndaşının daxili orqanından (düz bağırsağından) cəmi 5 ədəd bükümdə, ümumi xalis çəkisi 118,909 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Naibə QURBANOVA


Müəllif: