17 Fevral 2015 15:40
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ulu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq direktorunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, cəmiyyətin sabiq direktoru İlham Səfərovun qulluq mövqeyindən istifadə etməklə Binəqədi rayonu ərazisində qaz xəttinin çəkilişi ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış podrat müqaviləsinə əsasən həmin işlərin görülməsini subpodraçılara həvalə etməklə görülmüş işlərin müqabilində birliyin “Bank of Azərbaycan”ASC-dəki bank hesabından çıxardığı 455 min manat məbləğində pulu subpodratçılara ödəməyərək mənimsəyib.

Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham elan edilib.

İstintaq zamanı vurulmuş ziyanın əhəmiyyətli hissəsinin - 319 min manatın ödətdirilməsi təmin edilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hacı Zeynalov


Müəllif: