15 May 2014 16:29
582

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Kəlbəcər rayon sakini Çingiz Quliyev və Xanım Məhərrəmovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Təqsirləndirilənlər Vahidə Əzizovaya Abşeron rayonu Saray bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsini göstərib, həmin torpağı hərrac yolu ilə alacaqlarını və Vahidə Əzizovanın adına sənədləşdirəcəklərini vəd ediblər. Sövdələşmə nəticəsində Vahidə Əzizovadan 130 min manat alıblar. Ancaq vədə əməl olunmayıb.

Məhkəmənin hökmü ilə Çingiz Quliyev 10 il, Xanım Məhərrəmova 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı


Müəllif: