17 Fevral 2015 23:57
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

1972-ci il təvəllüdlü Müşfiq Nəcəfov çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Yaralı xəstəxanaya gətirilərkən APA-nın xəstəxanada olan əməkdaşına bildirib ki, onu dostu öz maşınında bıçaqlayıb. M. Nəcəfov dostu ilə yeyib-içdikdən sonra onun maşını ilə gedib. Ramana qəsəbəsi ərazisində dostlar arasında mübahisə yaranıb. Dostu maşındakı bıçaqla ona baş və qarın nahiyəsindən çoxsaylı zərbələr vurub.

Müşfiq Nəcəfov dostunun adını açıqlamaqdan imtina edib. Hadisəni törədən şəxs isə qaçıb.

Hazırda yaralı əməliyyat olunur.

Sabunçu Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır.


Müəllif: