Gəncə şəhərində ağır qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, şəhər sakini, 1995-ci il təvəllüdlü Şahlar Əliyev 1997-ci il təvəllüdlü İmaməddin Hacıyevin başını kəsərək qətlə yetirib. Şahlar Əliyev cinayəti törədəndən sonra polisə gələrək təslim olub.
O, istintaqa verdiyi ilkin ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini açıqlayıb. Şahlar Əliyev bildirib ki, mərhum bacısı ilə münasibətləri olub. Bundan xəbər tutduğunu qeyd edən Şahlar cinayəti törətdiyini deyib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov