18 Fevral 2015 13:01
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul dövriyyəsində təqsirləndirilən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüldü Anar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqdirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Anar Əliyevin anket məlumatları dəqiqləşdirilib və daha sonra məhkəmə baxış fevralın 24-ə təyin edilib.

Anar Əliyev ötən il Sumqayıt şəhər polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış zamanı 59ədəd saxta 100 manatlıq əskinas aşkarlanaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: