18 Fevral 2015 13:06
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə fevralın 15-də Xanlar küçəsində qeydə alınıb. Bakı şəhər sakini Zaman Əliyevin evindən qapını sındırmaqla 8000 manat dəyərində məişət avadanlıqlarını oğurlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən Bakı şəhər sakinləri – 1993-cü il təvəllüdlü Orxan Məmmədov, 1992-ci il təvəllüdlü Əzizağa Əzizov, 1979-cu il təvəllüdlü Yeganə Namazova və oğlanları 2000-ci il təvəllüdlü Ramiz Namazov və 2001-ci il təvəllüdlü Məhəd Namazov tutulub.

Şübhəli şəxslər ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar 20 yanvardan 17 fevral tarixlərində Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Rəna Əliyevaya məxsus evdən açar seçmə yolu ilə geyim əşyalarını da oğurlayıb.

Hacı Zeynalov


Müəllif: