19 Fevral 2015 05:27
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli və Zaqatala rayonlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf/com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, İmişli rayonu, Məmmədli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Zaqatala rayonunun Mazıx kəndində isə (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı 9 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb


Müəllif: