19 Fevral 2015 14:07
550

Bakının Nəsimi rayonunda özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək dələduzluqla məşğul olan şəxs saxlanılıb.

Bu barədə Report-a Nəsimi RPİ-dən məlumat verilib. Əməliyyat zamanı 55 yaşlı Məhərrəmov Əlövsət Əvəz oğlu saxlanılıb. O, vətəndaşları aldadaraq onlardan FHN-ə işə düzəltmək adı ilə pul alıb.

Ümumilikdə bu üsulla vətəndaşların 10 min manatdan artıq pulunu mənimsəyən Ə.Məhərrəmov barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Ə.Məhərrəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağının Mülki Müdafiə Qərargahının rəisidir. QSC-dən bildirilib ki, hazırda Ə.Məhərrəmovun səlahiyyətləri QSC-də mühəndis vəzifəsində çalışan Vüsal Məmmədova həvalə olunub.


Müəllif: