19 Fevral 2015 17:29
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini Rəhman Eyyubov 35,28 qram marixuananı satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, davam etdirilmiş əməliyyat-axtarış tədbirləri ilə Rəhman Eyyubova narkotik vasitəni satmış Sabirabad rayonunda yaşayan Hamlet Məlikov tutulub. Ondan 34,76 qram marixuana, yaşadığı evin həyətindən isə 5 kiloqram 75 qram marixuana aşkar edilərək götürülüb.

Narkotiklərlə bağlı daha bir əməliyyatı Neftçala rayon Polis Şöbəsinin əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Afiq Məhərrəmovdan 1 kiloqram 10 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: