20 Fevral 2015 09:11

Şəmkirdə daş sexi yanıb.

Teleqraf.com Kəpəz TV-yə istinadan məlumat verir ki, ötən gün Bakı-Qazax yolunun 387-ci kilometrliyində, Şəmkir rayonu ərazisində vətandaşa məxsus daş sexində yanğın hadisəsi baş verib.

Yanğın zamanı ümumi sahəsi 1400 kvadratmetr olan daş sexində 20 kvadratmetr qurutma otağının tavanı, 5 kvadratmetr sahədə qəlib yanıb.

Daş sexinin qalan hissəsi yanğından mühafizə olunub.

Alov hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: