20 Fevral 2015 11:43
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il ərzində yol hərəkətinə nəzarət prosesində 2.355.222 yol hərəkəti qaydasının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 16.606, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 720.303, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 233.968, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 124.724, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 125.026, sərnişin daşıma qaydalarının pozulması üzrə 5.480 fakt aşkar edilib.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yol hərəkət qaydası pozuntusuna görə 2774 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.


Hesabat dövründə avtoxuliqanlıq etdiyinə görə 580, şüşələrinə plyonka və örtüklər çəkilmiş 7.901 avtomobil sürücüsü aşkar edilərək barələrində inzibati tənbeh tədbirləri görülüb.

Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 13 şəxs və 45 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 491 fakt və 253 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

Hacı Zeynalov


Müəllif: