23 Fevral 2015 06:58
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları evində qanunsuz olaraq narkotik vasitə saxlayan rayon sakinini yaxalayıblar.

Ağcabədi RPŞ-nin müstəntiqi, polis baş leytenantı Rüfət Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, daxil olmuş əməliyyat məlumatına əsasən, rayonun Hindarx qəsəbə sakini Məmmədov Rüfət Məhərrəm oğlunun evinə baxış keçirilib.

Baxış zamanı onun evindən ümumi çəkisi 800 qram olan qurudulmuş marixuana aşkarlanıb.

R. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Müəllif: