23 Fevral 2015 13:06
1 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınları fahişəliyə cəlb edən Rəfiqə Mansurova həbs edildi

Bakının Nizami rayonunda qadınları fahişəliyə cəlb edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyinə görə Bakı şəhər sakini Rəfiqə Mansurova saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif: