23 Fevral 2015 13:37

Bakının Binəqədi rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə S.Bəhlulzadə küçəsində yerləşən dönərxanada qeydə alınıb. Abşeron rayon sakini Gündüz Quliyevin 50 manat pulunu və iki ədəd mobil telefonu oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Pərviz Atəş oğlu Hüseynli tutulub.

Hacı Zeynalov


Müəllif: