23 Fevral 2015 16:05
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayonunda narkotik alveri ilə məşğul olan Şahgül Mayılov və Sərdar Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Sərdar Vəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 0.541 qram narkotik vasitə aşkar edilib.


O, ifadəsində həmin narkotik vasitəni qəbul etmək məqsədilə Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Şahgül Mayılovdan aldığını deyib. Polis Şahgül Mayılov da həbs edilib. Əvvəllər məhkumluq həyatı yaşayan Şahgül Mayılovdan 3 qramdan artıq, evindən isə 67 qramdan artıq heroin götürülüb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahgül Mayılov 6 il 6 ay, Sərdar Vəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: