24 Fevral 2015 09:22
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli, 2 otaq və aynabənddən ibarət (tavanı qamış konstruksiyalardan ibarət) evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: