24 Fevral 2015 14:06
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda silah tapılması istiqamətində əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Sərxan Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobili ilə birlikdə saxlanılıb.

Onun avtomobilindən pnevmatik tapança aşkar edilərək götürülüb. Bundan əlavə, Babək rayonunun Aşağı Buzqov kənd sakini Sadıx Həsənov tapdığı “AKM” markalı silahı könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Hacı Zeynalov


Müəllif: