25 Fevral 2015 00:19
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini 1993-cü il təvəllüdlü Əsədova Aynur Rahim qızı qonşusu 1966-cı il təvəllüdlü Məmmədov Elçin Mövlud oğlunu bıçaqlayıb.

Xəsarət alan şəxs Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona sağ bel, sağ qoltuqaltı və sol kürəyinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. İki qonşu arasında yaranan mübahisə ilə əlaqədar Quba rayon Məhkəməsi hər iki şəxsi inzibati qaydada cərimələyib. Məhkəmədən sonra tərəflər arasında yaranan mübahisə qanlı sonluqla bitib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır


Müəllif: