25 Fevral 2015 12:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Reyhan Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Reyhan Ağayeva dələduzluq yolu ilə vətəndaşların pulunu mənimsəyib. O, uzun müddət axtarışda olub. Reyhan Ağayeva Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşları həbs edib.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. Məhkəmənin hökmü ilə Reyhan Ağayeva 8 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Reyhan Ağayeva məhkəmə zalında həbs edilib.

Hacı Zeynalov


Müəllif: