25 Fevral 2015 15:03
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təxminən yarım saat əvvəl Bakıda 67 saylı marşrut avtobusu ağır qəza törədib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “20 yanvar” metrostansiyasından 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən sərnişinlərlə dolu avtobus beton maneəyə çırpılıb.

Hadisə nəticəsində avtobus zədələnib. Sürücü Rasim və azyaşlı Nicat adlı uşaq yaralanıb.

Fotolar Samir Poladova məxsusdur.


Müəllif: