25 Fevral 2015 21:45

Sankt-Peterburq şəhərində narkotik maddə alveriylə məşğul olan cinayətkar dəstənin məhkəmə prosesi başlayıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, dəstəyə “Krasavçik” ləqəbli Vladimir Krasavçıkov adlı şəxs rəhbərlik edib. O, on ildən artıq müddətdə Cənubi Amerikadan tropik meyvə idxalı adı altında kokain gətirilməsi işinə rəhbərlik edib. 66 yaşlı cınayətkar dəstə başçısı olmasından başqa bütün cinayətləri boynuna alıb.

Məhkəmə materiallarından aydın olub ki, Krasavçıkov 2000-ci ilin əvvəllərindən Marta adlı birisiylə narkotik satışıyla məşğul olan cinayətkar dəstə yaratmağı qərara alıb. Kriminal cütlük su nəqliyyatıyla Ekvadordan Rusiyaya kokain daşımaq üçün plan çızıb. Subtropik meyvələr adı altında daşınan kokain Ekvadorda bir kiloramı iki min dollara alınıb. Rusiyada isə on dəfə artıq qiymətə satılıb.

Narkotik maddələrin banan kimi daşınması da təsadüfi olmayıb. Belə ki, kifayət qədər yer tutan və tez xarab olan bananların içərisində kokaini aşkarlamaq o qədər də asan məsələ deyildi. Bu üzdən də Krasavçıkov və tərəfdarlarını ələ keçirmək polis üçün heç də asan olmayıb.

Dəstə başçısı beynəlxalq axtarış nəticəsində əvvəlcə Ekvadorda ələ keçib. Daha sonra cinayətkar qaçaraq, Hollandiyada gizlənib. Holland polisinin axtarışı nəticəsində tapılan Krasavçıkov yaxalanaraq ölkəsinə təhvil verilib.

Nihad


Müəllif: