26 Fevral 2015 16:19
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunun Bəyimli kəndində qanunsuz ov edən Kürdəmir rayon sakinləri Şaiq Abışov və Zahir Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, onlardan 2 ədəd ov tüfəng, 35 ədəd patron və 7 ədəd çol quşu götürülüb. Saxlanılan şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin 111.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

Hacı Zeynalov


Müəllif: