27 Fevral 2015 12:30
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub. Onun sərnişinlərindən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb, özü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: