27 Fevral 2015 12:55
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində yerləşən “Yanar dağ” kafesindən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, kafenin sahibi Natiq Məmmədzadənin otağından 12000 manat oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Sönməzbəy Məmmədov Qusar sərhəd-keçid məntəqəsindən keçərkən tutulub.

Məlumata görə, Sönməzbəy Məmmədov kafe sahibinin pulunu oğurlayandan sonra ölkədən qaçmağa cəhd göstərib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: