27 Fevral 2015 13:23
314

Sumqayıt şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Culfa rayon sakini Mahir İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Elbrus Paşayevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: