28 Fevral 2015 13:41
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda daha 57 nəfər dilənçi saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İdarə, Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsi, 40-cı PB, Nərimanov RPİ, Çevik Polis Alayı, Nəsimi RPİ, Yasamal RPİ, Post Patrul Xidməti əməkdaşlarının ayrı-ayrılıqda keçirdiyi tədbirlər nəticəsində paytaxt ərazisində avara və dilənçilik həyat tərzi keçirən 57 nəfər (21 qadın, 8 kişi və 28 azyaşlı) müəyyən olunaraq saxlanılıb, barələrində inzibati protokol tərtib olunub.


Müəllif: