2 Mart 2015 01:16
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 yaşlı gənc Göygöldə qəza törədib.

Teleqraf.com-un Region TV-yə verilən məlumata görə, bu gün axşam saatlarında Göygöl rayon sakini 23 yaşlı Gülzalı Nəsirov idarə etdiyi Lada Priora markalı avtomobil ilə hərəkətdə olarkən idarə etməni itirib.

Nəticədə avtomobil yol kənarındaki maneəyə çırpılıb. Qəza zamanı Ladanın sürücüsü Gülzalı Nəsirov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər TTYX Travmatologiya şöbəsinə yerləşdirilib, həkimlər xəstənin vəziyyətini normal qiymətləndirillər.

Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır


Müəllif: