2 Mart 2015 12:57
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda mağazada xeyli miqdarda partlayıcı maddə aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Qalalı kəndində kənd sakini Ruhid Məlikova məxsus mağazaya baxış keçirilib.

Baxış zamanı oradan 2 ədəd “ARAL” markalı tir tüfəngləri, 25 qutu qırma, 16 qutu barıt, 1344 ədəd alışdırıcı və 3236 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: