2 Mart 2015 13:00
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Məmmədov tutulub. Ondan 490 qram marixuana götürülüb.

Daha bir əməliyyatı Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları keçirib. Keçirilən əməliyyat nəticəsində Lənkəran şəhər sakini Arzuman Səlimzadədən 360,66 qram heroin, 522 qram tiryək və 210,38 qram həşiş götürülüb.

Hacı Zeynalov


Müəllif: