2 Mart 2015 14:05
436

Lənkəran şəhərində tiryəkxananın müəyyən edilməsi ilə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Səyavuş Babayevin yaşadığı evdən 1,89 qram heroin, 10,64 qram tiryək və 54 ədəd şpris aşkar edilərək götürülüb. Orada olan şəhər sakini Fariz Şiriyev və Fuad Cəfərov da saxlanılıb və S.Babayevin evdə tiryəkxana təşkil etməsi müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: