2 Mart 2015 13:56
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, əvvəllər məhkum olunan Mahir Hüseynov yaşadığı evdə münaqişə zəmində həyat yoldaşı Dünya Hüseynovanı bıçaqlayıb. Dünya Hüseynova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib

Hadisəni törədən Mahir Hüseynov tutulub. O, istintaqa verdiyi ifadəsində hadisənin ailə münaqişəsi zəminində baş verdiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: