2 Mart 2015 16:35
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi mağazalardan oğurluq edən şəxsləri həbs edib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ayhan Səfərov, əvvəllər məhkum olunmuşlar Soltan Soltanov və Fərid Vəliyev tutulublar. Dəstə üzvləri rayon ərazisində 8 mağazadan oğurluq ediblər.

Kənan Cabbarovun, Nahid Mənsimovun və Zahir Mustafayevin ətrafında Xəzər Rayon Polis İdarəsində araşdırma aparılıb.Onların Bakı şəhər sakini Maksim İvanovla birgə Etibar Aslanova və Bəhruz Əliyevə məxsus mağazalardan, habelə 26 saylı orta məktəbdən pul, 3 ədəd noutbuk, 2 ədəd mobil telefon, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilib.

Oxşar əməliyyatı 1-ci polis bölməsinin əməkdaşları da keçirib. Alim Hətəmova və Ələmşah Rzayevə məxsus mağazalardan, habelə Pərviz Həbibova məxsus həyətyanı sahədən pul, ərzaq məhsulları, danışıq kartları, tütün məmulatı və 6 ədəd plastik pəncərə oğurlamış Qazax rayon sakinləri Orxan Nəbiyev, Elsevər Əfəndiyev və Nicat Səfərov tutulublar. Onun fevralın 6-da Ziya Şahmarova, 22-də isə Əflatun Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilləri qaçırmaları üzə çıxıb.

Hacı Zeynalov


Müəllif: