3 Mart 2015 13:30
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi törədən həbs edilib.

Bu barədə Teleqraf.com-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Məhərrəmov və Saqif Məmmədova bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini Eldar Əliyev tutulub.

Qeyd edək ki, qanlı cinayət hadisəsi fevralın 25-də baş verib. Xətai rayonunda, "Əhmədli" metrosunun yaxınlığındakı “Yaşıl tala” kafesində yeyib-içməyə gələn bir neçə nəfər hesabı ödəmək üstündə oranın işçiləri ilə mübahisə ediblər. Sonradan mübahisə əlbəyaxa davaya keçib. Müştərilərdən biri bıçaqla kafenin işçiləri olan 31 yaşlı Seymur Məhərrəmovu və 29 yaşlı Sadiq Məmmədovu yaralayıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlar bədənlərinin bir neçə yerindən bıçaq xəsarəti alıblar.

Hacı Zeynalov


Müəllif: