3 Mart 2015 13:40

Bakının Nərimanov rayonunda oğurluqla məşğul olan şəxs yaxalanıb. Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüqar Qələndərov tutulub.

Vüqar Qələndərov rayon ərazisində Bolqarıstan vətəndaşı Rumen Draqomirov Madevin, Aydın Bəyişovun və Hüseyn Tanrıverdiyevin velosipedlərini oğurlamaqda şübhəli bilinir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: