3 Mart 2015 14:21

Bakının Nəsimi rayonunda avtomobil oğurluğu edən yaxalanıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, fevralın 28-də Elturan Aslanlıya məxsus qaçırılmış “GMC” markalı avtomobil qaçırılıb. Oğurlanan avtomobil martın 2-də D.Əliyeva küçəsində tapılıb. Nəsimi polisi avtomobili oğurlayan şəxsi müəyyən edib. Bu, Abşeron rayon sakini İsmayıl Təmoyevdir. O, həbs edilib.

Binəqədi polisi isə avtomobilləri qarət edən şəxsi həbs edib. Bu ilin fevral ayı ərzində və mart ayının 1-də 15 nəfər paytaxt sakininə məxsus avtomobillərdən pul, mobil telefon, sənəd, qızıl və digər əşyalar oğurlayan Bakı şəhər sakini Adil Məmmədov tutulub.

Hər iki faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: