3 Mart 2015 17:56
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qətl hadisəsi törədilib.

Suraxanı Rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Ağaəli Tağıyev atası, 1958-ci il təvəllüdlü Bayraməli Tağıyevi bıçaqlayaraq öldürüb. Hadisə ailə münaqişəsi zəminində baş verib.

Cinayəti törədən Ağaəli Tağıyev həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Hacı Zeynalov


Müəllif: