4 Mart 2015 00:56
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Şabranda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel Vektra” markalı avtomaşınla “VAZ 21010” markalı nəqliyyat vasitəsi toqquşması nəticəsində “Opel”in sürücüsü Xaçmaz rayonu, Bostançı kənd sakini Rəşidov Niyaz Sərkər oğlu və sərnişinləri Elsevər İbrahimov, Ruslan Didarov və Sahib Rəşidov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Onlardan 3-ü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

“Opel”in sürücüsü isə qapalı kəllə beyin travması və beyin silkələnməsi diaqnozu ilə müalicəsini davam etdirir. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.


Müəllif: