4 Mart 2015 10:40

Rusiyanın Çelyabinsk vilayətində polis 37 yaşlı azərbaycanlı avtoritet İlham Osmanovu həbs edib.

Teleqraf.com-un ura.ru-ya istinadən xəbərinə görə, İlham Osmanov kriminal dairələrdə Çelyabinskə "baxan" şəxs kimi qəbul edilir. Daha dəqiqi, ona bu "görəv" kriminal aləm tərfindən həvale edilib.

İlham Osmanovun həbsi Çelyabinsk polisi tərəfindən təsdiq edilib. Polisdən bildiriblər ki, martın 3-də onun saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Hadisənin təfərrüatlarının bir qədər sonra açıqlanacağı bildirilir.

Osmanovun evində axtarış zamanı silah götürülüb. Silahın kimə məxsus olduğu araşdırılır. Bəzi xəbərlərə görə, Osmanov hədə-qorxu yolu ilə 10 milyon rubl (170 min manat) pul almaqda günahlandırılır.

Xatıladaq ki, İlham Osmanov 2013-cü ildə Yekaterinburqda "sxodka" zamanı da həbs edilmişdi. Lakin sonradan o, azadlığa buraxıldı.

Nihad


Müəllif: