4 Mart 2015 11:14
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qadının evindən oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə martın 1-də günorta saatlarında M.Əliyev küçəsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb. həmin ünvanda yaşayan Arzu Mirzəyevanın evindən, açar seçmə yolu ilə 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Yasamal rayon Polis idarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü İlqar Arif oğlu Əliyev tutulub. Şübhəli şəxsin üzərindən 1,440 qram tiryək tiryək aşkar olunaraq götürülüb.

Hacı Zeynalov


Müəllif: