5 Mart 2015 15:07
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon sakini Aqil Babayev tutulub.

O, martın 2-də Rüstəm Kərimzadəyə məxsus "Elit-Academy" hazırlıq kursundan 5000 manat, 8 ədəd noutbuk, 1 ədəd televizor, 1 ədəd telefon və 1 ədəd yaddaş qurğusu oğurlayıb.

Hacı Zeynalov


Müəllif: