6 Mart 2015 10:38
1 425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Kürdəmir Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qarabucaq kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində rayonun Axtaçı kənd sakini 1994-cü il təvəllüdlü Neman Budaqovun meyiti yolun kənarında aşkarlanıb. Onun üzərində xəsarətlər aşkar edilib.

Neman Budaqovun həmkəndlisi, 1992-ci il təvəllüdlü Toğrul Bağırov tərəfindən ov tüfəngindən güllələnərək qətlə yetirilməsi müəyyən edilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: