6 Mart 2015 11:11
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 28-də saat 23:00 radələrində A.Heydərov küçəsində kirayədə yaşayan Bərdə rayon sakini, 1987-ci il təvəllüdlü Bəxtiyar Mail oğlu Əliyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 1991-ci il təvəllüdlü Nicat Əliheydər oğlu Məlikov müəyyən olunub. O, həbs edilib.

Öldürülən Bəxtiyar Əliyevin cinsi azlıqların nümayəndəsi olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: